Baş elektrik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Zavodun enerji paylayıcısını və fasiləsiz elektrik enerjisini təmin etmək;
  • Enerjiyə qənaət edən təmir işlərinin vaxtında aparılması;
  • Yarımstansiyada nasazlıqları aşkar etmək və tez müdaxilə ilə təmir etmək bacarığı;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin “Tikinti Norma və Qaydaları”na uyğun təşkili və nəzarəti;
  • Zavodda olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
  • Avtomatlaşdırma panellərinin layihələndirilməsi, quraşdırılması və saxlanması bacarığı;
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsini təşkil etmək;

Namizədə tələblər:

  • Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);
  • Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • Əla səviyyədə Azərbaycan dili biliyi;
  • Planla və komandada işləmək bacarığı
  • AutoCAD proqramı üzrə biliklər;
  • MS Office üzrə biliklər;

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.