Sahə rəisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dəmir filiz sahəsinin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Dəmir filiz sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarət etmək;
  • Dəmir filiz sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək;
  • Sahədə sağlamlıq, təhlükəsizlik və ətraf mühit siyasətlərinə əməl edilməsini təmin etmək;
  • Mədənin gəlirlərinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər vermək və zəruri tədbirlərin görülməsini təşkil etmək;
  • Hasilat və gəlirlilik əmsalları hədəflərinə çatmağa cavabdeh olmaq;
  • Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək;
  • Bütün dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərini idarə etmək;
  • Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək;
  • İşçi heyətinə təlim keçirilməsi və işçilərin təkmilləşdirilməsini təmin etmək;
  • Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək;
  • Hasilat işləri üzrə əməliyyat xərclərinin azadılması üçün istehsalat proseslərinin optimallaşdırılması yönündə təkliflərin verilməsi;
  • Hasilat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək;
  • Hasilat prosesinin göstəricilərinin daim monitorinq etmək və monitorinqin nəticələrinə uyğun olaraq, lazım gəldikdə profilaktik tədbirlər görmək;
  • İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək;
  • Filizin emalına nəzarət, məlumatların qarşılıqlı yoxlanılması və mədən işi təşkili prosesində ölçmələrin aparılması istiqamətində tədbirlər görmək və nəzarət etmək;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil/magistratura təhsili;
  • Ən azı 10 il ümumi təcrübə, 5 il idarəetmə təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • Microsoft Office Suite, geologiya və dağ-mədən  proqramları üzrə mükəmməl bilik tələb olunur
  • Əla səviyyədə Azərbaycan dili, yüksək səviyyədə İngilis və Rus dili; 

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.