Topdan satış şəbəkəsi üzrə supervisor

  • Elanın qoyulma tarixi: 06.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifarişləri toplamaq, analiz etmək, anbar qalığına nəzarət etmək;
  • Yeni topdan satış müştəriləri cəlb etmək, müştəri bazasını genişləndirmək;
  • Hesabatlar hazırlamaq;
  • Məhsulların satış planının hazırlanması;
  • Müştərilərin alış, ödəmə qabiliyyətlərinin təhlili
  • Bakıda və Azərbaycanın regionlarında topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
  • Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
  • İstehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
  • Görülən işlərin qeydinin aparılması.

Namizədə tələblər:

  • Uyğun sahə üzrə iş təcrübəsi ən az 3 il;
  • İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı;
  • Məsuliyyətli və inkişafa meyilli olmalı;
  • Microsoft Office proqramları bilikləri

İş şərtləri:

  • İş saatları: 09:00 -18:00
  • İş günləri: 5 gün (həftəiçi)
  • Nahar fasiləsi: 13:00 -14:00
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Topdan satış şəbəkəsi üzrə supervisor " yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.