Layihələrin idarə edilməsi üzrə Koordinator

  • Yello Advertising
  • Elanın qoyulma tarixi: 16.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

                                                                          

Yello Advertising

Vakansiya nömrəsi: 0012013

Vəzifə: Layihələrin idarə edilməsi üzrə Koordinator

Əmək haqqı: 550 –1000 AZN

Vəzifənin məqsədi:

Agentliyin üzərinə götürdüyü müxtəlif layihələri koordinasiya etmək, onların vaxtında və keyfiyyətlə təhvil verilməsində rəhbərliyə dəstək göstərmək

Əsas vəzifə və öhdəliklər:

• Reklam agentliyinə gələn sifarişlərin layihə şəklinə salınması və layihələrin fəaliyyət planının hazırlanması;
• Tam şəkildə layihələrin icrasını təşkil edilməsi, işin axışına nəzarət edilməsi və zamanında təhvil verilməsindən əminlik;
• Komanda içərisindən cari layihəni icra edəcək işçi qrupunu formalaşdırmaq və layihə icraçılarının işinə nəzarət edilməsi;
• Layihənin icrası ilə bağlı qarşıya çıxacaq maneələri həll etmək və öz səlahiyyətləri daxilində qərarların verilməsi;
• Peşəkar prezentasiyaları hazırlanması və təqdim edilməsi;
• Ehtiyac olduqda dəqiqləşdirmə və informasiya almaq məqsədi ilə müştəri ilə təmasa keçmə;
• Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun hesabatların hazırlanması.

Minimum tələblər:

• İqtisadiyyat, biznes, layihənin idarəedilməsi, marketinq, PRvə s. kimi sahələr üzrə bakalavr dərəcəsi;
• Azərbaycan, ingilis, rus dili bacarıqları;
• Layihənin idarəedilməsi, koordinasiyası və ya biznesin inkişafı ilə bağlı minimum 2 il iş təcrübəsi;
• Müxtəlif layihələri eyni anda koordinasiya etmək qabiliyyəti;
• Yüksək səviyyəli kompüter bilikləri (sürətli araşdırma, MS Office proqramlarında operativ çalışma);
• Nümunəvi şifahi və yazılı kommunikasiya qabiliyyəti;
• Layihənin idarəedilməsi, biznesin inkişafı və korporativ satışla bağlı biliklər;
• Liderlik bacarıqları ilə bərabər, komanda ilə işləmə bacarığı,
• Stres altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq.

Məlumat üçün bildirmək istərdik ki, bütün müraciət edən insanların CV-ləri gözdən keçirilib, müsbət və ya mənfi olmasından asılı olmayaraq məlumatlandırılacaq və işin tələblərinə uyğun olan şəxslə uğurlu müsahibədən sonra isəkandidat işə alınacaqdır. Agentlikdə çalışma təcrübəsi olan insanlara üstünlük verilə bilər.

“MƏN BU İŞİ BACARARAM!” və özünüzü bu vəzifəyə uyğun görürsünüzsə, o zaman CV-nizi

[email protected]

ünvanına göndərin.

E-mailin “Subject” bölməsinə  “Layihələrin idarə edilməsi üzrə Koordinator” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 16 avqust 2013-cü il