Təmizlik işçisi – HKP Attendant

İşin təsviri

Əsas öhdəliklər: 

  • Qonaq otaqların təmizlənməsi – gündəlik və check-out otaqlar
  • Bütün ictimai yerləri (publik) tələb olunan standartlara uyğun təmizləmək
  • Hər hansı zədələnmiş və ya çatışmayan əşyalar barədə rəhbərinə məlumat vermək
  • Tələb olunduqda dərin təmizləmə işlərini tamamlamaq
  • Qonaq sorğularını nəzakətlə və səmərəli şəkildə cavablandırmaq
  • Əsas təhlükəsizlik daxil olmaqla, avadanlıq və iş sahələrini qorumaq

Tələblər:

  • Təmizlik işçisi vəzifəsində ən azı 1-2 il iş təcrübəsi arzuolunandır
  • Otelçilik sahəsində əvvəlki təcrübəsi olanlara üstünlük verilir
  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil və təmizkar olmalı
  • Kollektivlə işləmək bacarığı

İş haqqında məlumat:

  • İş yeri: “Bilgah Beach Hotel”, Bilgəh qəsədəsi, Qələbə küçəsi 94, AZ 1122;
  • AR Əmək Məcəlləsi-nə uyğun işə qəbul;
  • 5 günlük iş həftəsi, həftə içi 2 istirahət günü. İş cədvəli dəyişkən qrafik əsasında
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur (Koroğlu metrosu – Bilgah Beach Hotel - Koroğlu metrosu);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İcbari və könüllü tibbi siğorta;
  • Əmək haqqı haqqında ətraflı məlumatları müsahibə zamanı bildirilir. 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə “Təmizlik işçisi - HKP Attendant” qeyd edərək göndərmələri xahiş olunur.

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar