Filiallarla iş üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Statistik məlumatları təhlil edir, qiymətləndirir və qısa əsaslı nəticələr çıxarır;
  • Bank sektorunda cərəyan edən prosesləri izləyir, məlumatları toplayır və onları təhlil edir;
  • Bankın filial şəbəkəsinin idarə edilməsi ilə bağlı koordinasiya işlərində dəstək verir;
  • İdarə Heyətinin tapşırıq və əmrlərinin icrasına mütəmadi nəzarət edir;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək. 

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Filiallarla iş üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi