Dispetçer

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 31.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahədə 1 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək; 
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
  • Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
  • Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
  • Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
  • Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər: 

  • Təhsil: Ali təhsil
  • Yaş həddi: 25-45
  • Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
  • Avtomaşınların texniki xarakteristikasını bilməli;
  • Texnikanın istismarı normativini bilməli.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar: 

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir.