Daxili Audit

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil və ixtisas tələbləri: Ali iqtisadi təhsilə üstünlük verilir;
  • Minimum 3 il audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi;
  • Kompüter biliklərinə dair tələblər: MS Office və 1C proqramlarında səlis işləmək bacarığı;
  • Xarici dil tələbləri: İngilis dili, rus dili biliyi arzuolunandır;
  • Hesabatın hazırlanması və yazılması bacarığı;
  • Kompüter bilikləri.

İşin təsviri:

  • Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Mövcud struktur vahidləri üzrə audit yoxlamalarını aparmaq və təşkil etmək;
  • Nəzarət tədbirlərinin və yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirmək;
  • Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
  • Mövcud struktur vahidləri üzrə audit yoxlamalarını aparmaq və təşkil etmək;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Daxili Audit” qeyd etməklə göndərmələri xahiş olunur.

Azərbaycan Mikro Kredit BOKT tərəfindən digər vakansiyalar