Plan və smeta şöbəsinin müdiri

  • GM Construction
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbədaxili prosedur, əsasnamə və təlimatların hazırlanmasında birbaşa iştirak etmək;
  • Şöbənin fəaliyyətini təşkil etmək, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, vəzifə öhdəliklərinin düzgün və tam icra olunmasına nəzarət etməklə icra edilmiş işləri təhvil almaq;
  • Tabeçiliyində olan işçilərin inkişafı və karyera artımı üçün şərait yaratmaq, onların mükafatlandırılması və performans dəyərləndirilməsində təşəbbüs göstərmək;
  • Qəbul edilmiş layihə əsasında tələblərin dolğunluğunu və keyfiyyətini təmin etməklə ilkin smetanı müəyyən etmək;
  • Layihənin texniki icraat üzrə müfəssəl mərhələlərə bölgüsünü təşkil etmək;
  • Əsaslı təmir-tikinti və yenidən quraşdırma işlərinin bütün mərhələlərdə prosesləri analiz etmək, izləmək və smetaya uyğunluğuna nəzarət etmək;
  • Layihədə ediləcək cari dəyişikliklər zamanı smeta sənədlərində müvafiq düzəliş və əlavələri aparmaqla rəhbərliklə razılaşdırmaq; 
  • Tikintinin hər bir mərhələsində plan üzrə istifadə olunacaq mal - material, işçi qüvvəsi və maddi-texniki bazanın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
  • Hər bir mərhələ üçün müəyyən edilmiş normalar üzrə bazar qiymətlərinə uyğun smeta dəyərinin hazırlanmasına nəzarət etmək;
  • Hazırlanmış smetaları cəmləmək, təsdiq etmək, tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasını digər şöbələrlə birlikdə təşkil etmək və yekun sənədi müzakirə üçün rəhbərliyə təqdim etmək;
  • Layihə-smeta sənədlərinin razılaşdırılma və təsdiqini qəbul olunmuş qaydada təşkil etmək, bu zaman ekspertiza və sifarişçi təşkilatların irad və təkliflərini nəzərə almaq, dəyişiklikləri sənədlərə əlavə etmək;
  • Plan və smeta şöbəsinin əsasnaməsi üzrə nəzərdə tutulan bütün öhdəlikləri həyata keçirmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Cins: kişi;
  • Yaş həddi: 35-55 yaş;
  • Rəhbər vəzifədə azı 5 il iş təcrübəsi;
  • Mükəmməl azərbaycan və rus dili biliyi;
  • Microsoft Office, Auto CAD və 1C proqramlarından sərbəst istifadə etmək;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq.

İş şəraiti:

  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və təcrübəsinə əsasən (2500-3000 man) müəyyən ediləcək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş rejimi: 6 günlük; 
  • İş yeri: Bakı şəhəri, Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189).

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.