Mühasib (Laçın layihəsi üçün)

  • GM Construction
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Mühasibat (maliyyə) hesabatlarının Baş ofis tərəfindən müəyyən edilmiş müddətlərdə tərtibi və təqdim edilməsi;
  • Mədaxil və məxaric pul vəsaiti uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatları uçotunun təşkili və nəzarətdə saxlanılması;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
  • Təhtəl hesab, avans hesabatının aparılması, balans hesabatı üçün lazım olan ilkin əməliyyatların təmin edilməsi; 
  • Hesab və elektron qaimə-fakturalarının yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət; 
  • Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinin təşkili və prosesdə iştirak;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin edilməsi;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasına nəzarət; 
  • Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Cins: kişi
  • Yaş həddi: 30 - 50
  • İxtisas üzrə  azı 5 il iş təcrübəsi; 
  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • İstehsalat təcrübəsinin olması mütləqdir;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İdarəçilik bacarığı;
  • Vergi Məcəlləsini bilməli;
  • MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.

İş şəraiti:

  • AR ƏM əsasən rəsmiləşmə;
  • İş yeri - Laçın şəhəri;
  • Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında.

Digər tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.