Markalar və məhsul kateqoriyaları üzrə iş şöbəsinin Kateqoriya Müdiri

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hər ay bir növbəti ay və ya aylar üçün satış planını hazırlayıb təqdim etmək;
  • Məhsul siyasətini müəyyənləşdirmək, məhsul portfelindəki cari məhsul markalarının inkişaf strategiyasını müəyyənləşdirmək;
  • Ay ərzində satınalma müddəti keçmiş, qüsurlu malları müəyyənləşdirmək;
  • Rəqiblər üzrə aylıq/rüblük qiymət araşdırması həyata keçirmək;
  • Məhsulların topdan və pərakəndə satış qiymətlərini təyin etmək, marjinallığını müəyyən etmək və Departament rəhbəri ilə razılaşdırmaq;
  • Marketinq aksiyaları üzrə qiymətləri müəyyən etmək  və Departament rəhbəri ilə razılaşdırmaq;
  • Bazarda yeni tələbat yaradacaq məhsullar üzrə araşdırma aparmaq;
  • Vendorlarla işgüzar danışıqlar aparmaq, eksklüziv şərtlər,  kredit müddətini razılaşdırmaq;
  • Mövcud tədarükçülərlə ticari münasibətləri inkişaf etdirmək, davamlı olaraq yeni tədarükçülər araşdırmaq, dəyərləndirmək və tədarükçü təklifləri  barədə Departament  rəhbərinə məlumat vermək;

Xüsusi tələblər:

  • Müvafiq sahə üzrə 3 ilədək iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
  • Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində Kateqoriya müdiri qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi