Memar

  • Company
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:    

  • Memarlıq layihələrini təhlil etmək; 
  • Bina, qurğu və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirməsində iştirak etmək;
  • Layihə həllərinin həyata keçirilməsində memarlıq-şəhərsalma ənənələrini, yerli xüsusiyyətləri nəzərə almaqla onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək; 
  • Memarlıq üzrə elmi-texniki ədəbiyyatın, informasiya materiallarının, normativ sənədlərin  işlənməsində iştirak etmək;
  • Layihə sənədlərinin hazırlanması və təhlili prosesində layihəçi təşkilatlarla işçi qaydada görüşlərin keçirilməsini təşkil etmək;
  • Zərurət yaranarsa ərazilərə yerində baxış keçirilməsi məqsədilə respublikanın şəhər və rayonlarına ezamiyyətə getmək;
  • Layihələrin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və yeniləmək, məlumatları əldə etmək üçün digər struktur bölmələrlə və qurumlarla əməkdaşlıq etmək.

Vəzifənin tutulması şərtləri: 

  • Təhsil: Memarlıq; İnşaat mühəndisliyi; Şəhər bələdiyyə tikintisi və təsərrüfatı ixtisasları
  • İş stajı: azı 2 il müvafiq sahədə; 
  • Kompüter biliklərinə dair tələblər: Microsoft Office, Autocad, Archicad, 3D Max, GİS;
  • Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili – B1 səviyyəsində;
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı.

Bilməlidir: 

  • tikinti norma və qaydalarını;
  • tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına dair yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini.

İş barədə məlumat:

  • İş yeri: Bakı, Tərtər;
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

CV-nizi elektron ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.