Aparıcı mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat uçotu sənədlərinin,E-Qaimə faktura və hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar və idxal olunan malların maya dəyərinin hesablanması;
  • Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi ;
  • Mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu  hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlanmasında iştirak etmək;
  • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək;
  • İnventarizasiya işinin təşkilində iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin tərtib etmək və vergi orqanlarına təqdim etmək;
  • Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət.
  • Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunmasında iştirak etmək

Tələblər:

  • Maliyyə, mühasibatlıq və iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
  • MHBS və Mühasibat uçotunun prinsipləri barədə nəzəri biliklər (ACCA və ya KOS,MHBS üzrə PMS sertifikatları olanlara üstünlük veriləcək);
  • MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Azərbaycan dilini mükəmməl bilməli,rus və ingilis dili üstünlükdür;   
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Mühasibat uçotunu bilməli (yeni hesablar planı üzrə).

Tələb olunan qanunvericilik biliklər: 

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi

İşşərtləri:

  • Həftədə 5 işgünü;
  • İş saatları: 08:15-16:45;
  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq  
  • İşyeri :Suraxanı ray,Əmircan qəsəbəsi ərazisi

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını electron poçt ünvanına göndərə  bilərlər.