İşə qəbul üzrə mütəxəssis

  • Logistic Company
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Bəy namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesinin təşkil edilməsi və sonlandırılması;
  • İşçi tələbləri siyahısını tərtib etmək üçün struktur rəhbərləri ilə əməkdaşlıq etmək;
  • Uyğun namizədlərin şirkətə cəlb edilməsi;
  • Müsahibələrin keçirilməsi və açıq vəzifələrin doldurulması;
  • Müraciət edənlərin bilik, bacarıq və təcrübəsinin açıq vəzifələrə ən uyğun şəkildə qiymətləndirilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • Karyera sərgilərində iştirak etmək, sərgidə vakansiyalar haqqında tələbələri məlumatlandırmaq.

Tələblər: 

  • İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Təhsil: Ali
  • Yaş həddi: 23-30
  • İqtisadiyyat, Psixologiya, İdarəetmə üzrə bakalavr dərəcəsi;
  • İşə qəbul prosesləri ilə bağlı təcrübə;
  • Müxtəlif növ müsahibələr aparmaq bacarığı;
  • İşə götürmə strategiyalarını tərtib etmək və həyata keçirmək bacarığı;
  • Əmək qanunvericiliyi və qanunvericilik üzrə iş bilikləri:
  • Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti;
  • MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi bacarığı;
  • Yazılı və Şifahi ünsiyyət bacarıqları;
  • Zamanın idarəolunması bacarığı;
  • Analitik düşüncə bacarığı;
  • Nəticə yönümlülük.

Əmək haqqı: 700-1000 AZN

Nahar ilə təmin edilir;

5 günlük iş qrafiki;

Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə - “İşə qəbul üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.