Keyfiyyətə nəzarət üzrə şöbə müdiri

  • Company
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə Tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik rəhbər vəzifə üzrə iş təcrübəsinin olması
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığı
  • MS Office programları (Word,  Excell, Power-Point, Outlook), 1C proqramı üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
  • Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərinin icrası;
  • Gigiyenik, uyğunluq, idxal, baytarlıq icazələrinin alınması;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
  • Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək;
  • Spesifikasiyaların hazırlanması;
  • Sahələrdə risk analizinin aparılması;
  • Səlahiyyətli orqanlarla müqavilələrin yoxlanılması;
  • Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
  • Qida Təhlükəsizliyi Qrupu ilə sistemin nəzərdən keçirmə iclaslarında iştirak etmək;
  • Sistemin effektivliyini artırmaq və düzəldici önləyici fəaliyyət tədbirləri görmək;
  • Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurlara qərar vermək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq;
  • Müştərilərin qida təhlükəsizliyi ilə bağlı şikayətlərini izləmək və qeydlərini aparmaq;
  • Hüquqi yoxlamaları müşayiət etmək, uyğunsuzluq aşkar edildikdə lazımi tədbirlərin görülməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; 

Əmək haqqı: 2000 – 3000 manat (təcrübədən asılı olaraq)

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.