Avtomatika üzrə Mühəndis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 09.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AVTOMATİKA ÜZRƏ MÜHƏNDİS

Tələblər:

• Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC)  yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
• PLC və SCADA arasında əlaqə qura bilməli.

İş haqqında məlumat:

• Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
• Avtomatik nəzarət sistemlərinde istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
• Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
• Həssas ölçü cihazlarının nizamlanması;
• AC invertorların (driver) təmiri;       
• Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
• Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət.

İş yeri:

• Sumqayıt, Sanqaçal və Bakı ərazisi.


Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mözvu yerinə “Avtomatika üzrə Mühəndis” yazaraq  [email protected] ünvanına göndərməsi xahiş olunur.

 

İşəgötürənin reytinqi