Aqronom Konsultant

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil(Aqronomluq sahəsində);
  • Müvafiq sahədə minimum 5 illik iş təcrübəsi;
  • Həm açıq tarla (taxıl, texniki bitkilər), həm bostan bitkiləri, həm də meyvə bağlarında bitki bəsləmə və bitki qoruma qaydaları üzrə aktual nəzəri biliklərə və təcrübəyə malik olmalıdır;
  • Yerli torpaq strukturu, aktual bitki sortları, fermerlərin əkin və biçin vərdişləri barədə yüksək səviyyədə məlumatlı olmalıdır;
  • Həm gübrələmə proqramlarını, həm də zərərvericilərə qarşı mübarizə metodlarını yaxşı səviyyədə bilməlidir;
  • Enerjili, pozitiv və təşəbbüskar komanda oyunçusu olmalıdır;
  • Ezamiyyətlərə hazır olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Fermerlərin bitki bəsləmə və bitki qoruma ilə bağlı müraciətlərini cavablandıracaq, onların müvafiq sahədə problemlərinin həlli ilə bağlı mütəxəssis rəyi təqdim edəcək;
  • Gübrələmə və bitki mühafizə ehtiyaclarına uyğun reseptlər yazacaq;
  • Heyətin müvafiq sahədə marifləndirilməsi məqsədilə mütəmadi təlimlər verəcək;
  • Gübrə və bitki mühafizə vasitələri üzrə çeşidlərin təyinatı ilə bağlı lazımi təlimatların hazırlanmasında iştirak edəcək.

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aqronom Konsultant” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.