Baş Hüquqşünas

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil(Hüquq üzrə minimum bakalavr təhsil);
  • Vəkillik dərəcəsi;
  • Mülki, mülki-prosessual, əmək, həmçinin cinayət qanunverciliyi mükkəməl bilmək;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
  • Üzərinə məsuliyyət götürmək və tabeliyində olan əməkdaşlarla işləmək bacarığı;
  • Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
  • Kompüter bilikləri (MS Office).

Vəzifə öhdəlikləri:

  • Məhkəmələrdə, Prokurorluq orqanlarında və bu və ya digər dövlət orqanlarında təmsil etmək;
  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyati struktur bölmələrlə razılaşdırır;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2000-2500 AZN;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.