Satış təmsilçisi

  • Uni Tiles
  • Elanın qoyulma tarixi: 23.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Ofisə(mağazaya)yaxınlaşan müştəri və qonaqları qarşılamaq, onlara məhsullar haqqında məlumat vermək;
  • Daxil olan zəngləri və müştəri sorğularını qəbul etmək;
  • E-mail və yazışmaları həyata keçirmək, ümumi emailə gələn məktubları cavablandırmaq;
  • Qiymət təkliflərini hazırlamaq və müştərilərə təqdim etmək;
  • İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək;

Tələblər:

  • Cins: Qadın;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis və aydın danışmalı, Rus dili orta səviyyədə danışıq olması kifayətdir;
  • Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook;
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Səliqəli, xoş xarici görünüşlü, nəzakətli danışıq, intizamlı, öyrənməyə həvəsli və işinə qarşı məsuliyyətli olmaq;

İş şəraiti:

  • İş yeri: Bakı, Ağ şəhər, Park Hill Tower, Argilla MMC
  • İş qrafiki: Həftədə 6 gün(rəsmi bayram günləri qeyri iş günü), saat 09:00-18:00
  • Əmək haqqı: 500 AZN + satışdan bonus
  • Əmək haqqı rəsmi şəkildə ödəniləcək.
  • Uyğun namizədlər üçün birinci ay ödənişli sınaq müddəti kimi qeyd ediləcək.

Namizədlərdən şəkilli CV formalarını mail ünvanına mövzu hissədə mütləq vəzifənin adı “Satış təmsilçisi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.