Baş mühasib

  • AgroGurama
  • Elanın qoyulma tarixi: 23.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.

Tələblər:

  • Cinsi: Kişi
  • Ali təhsil
  • 25-40 yaş həddi 
  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
  • İstehsalat sahəsində baş mühasib olaraq 5 illik iş təcrübəsi;
  • MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi.

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 - 18:00-dək
  • İstirahət günləri – şənbə və bazar günləri.
  • Əmək haqqı – 1700 – 2000 AZN
  • İş yeri: Sumqayıt şəhəri

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Baş mühasib” qeyd edərək elektron ünvana göndərəsiniz.