Baş mühasib (xanım)

  • AgroGurama
  • Elanın qoyulma tarixi: 23.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir

İş şərtləri:

  • Həftə içi 6 iş günü 09:00-dan - 18:00-dək
  • Şənbə günü saat 10:00-dan - 15:00-dək
  • İstirahət günləri - bazar günü
  • Əmək haqqı : 1500- 2000 AZN
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Bakı Konqres Mərkəzinin yaxınlığı

Namizədə tələblər:

  • Yalnız xanım namizəd
  • Cinsi: Qadın
  • Ali təhsil
  • 30-50 yaş həddi
  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil
  • İdxal və satış sahəsində baş mühasib olaraq 5 illik iş təcrübəsi
  • MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə rus və İngilis dili biliyi

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Baş mühasib” qeyd edərək elektron ünvanına göndərəsiniz.