İşin təsviri
İş barədə məlumat:
- Salona daxil olan müştəriləri qarşılamaq və tələbatlarına uyğun olaraq düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştəriləri müşayət etmək.
- Məhsullar haqqında, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək.
- Təqdim olunan məhsullar haqqında texniki biliyə sahib olmaq .
- Həftə içi 1 gün istirahət günü.
- Əmək haqqı: 550-650 AZN fiks + bonus. (müsahibə əsasında təyin ediləcək)
Namizədə aid tələblər:
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
- Ünsiyyətcil, gülərüz, dinamik.
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili – əla.
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi.
- Ofis proqramlarından və sosial şəbəkələrdən istifadə bacarığı.
- 20-25 yaş arası xanım və bəy.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .