Baş hüquqşünas

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 19.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Ali hüquq təhsili olmalı;
  • Korporativ hüquq sahəsi üzrə ən az 5 (beş) il iş təcrübəsinə malik olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Baş hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 05.06.2023.

İşəgötürənin reytinqi