İşin təsviri
Vəzifə öhdəlikləri:
- Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması.
- Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılması.
- Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək.
- Əmək haqqının hesablanması, ödənilməsi.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) aparılması;
- Vergi, statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
- Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi keçirilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
- Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
- BTP proqramında sərbəst işləmə bacarıqları;
- Mühasibat uçotunu bilməli (yeni hesablar planı üzrə).
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq
- İş yeri : Ağ şəhər ərazisi
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 8.00-17.00
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.