Sosial media meneceri

  • Unidream
  • Elanın qoyulma tarixi: 17.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • sosial şəbəkələrin idarə olunması sahəsində minimum 1 illik  təcrübə;
  • kreativlik;
  • araşdırma bacarığı;
  • yenilikçilik və inkişafa meyillilik;
  • komanda oyunçusu olmaq.

Arzuolunandır (başlanğıc əmək haqqının daha yüksək olması nəzərdə tutulur):

  • kopiraytinq təcrübəsi;
  • rus dili biliyi. 

İşin təsviri:

  • marketinq meneceri tərəfindən təsdiqlənmiş sosial media planının icrası;
  • şirkətə məxsus sosial şəbəkələrdə mesaj və rəylərin cavablandırılması;
  • şirkətin gündəlik fəaliyyətinin storilərdə paylaşılması və aktivliyin qorunması;
  • şirkətə məxsus sosial şəbəkələrdə paylaşımların edilməsi;
  • post mətnləri və təsvirlərin yazılması;
  • bloq və hekayələrin yazılması, yaxud yazılmasının təşkili;
  • səhifə üçün “reels” və qısa videoların tapşırılmış ssenarilər üzrə çəkilməsi və həvəskar səviyyədə montajı;
  • tədbirləri işıqlandırmaq, çəkilişin təmini və prosesə nəzarət (live, report);
  • lazımi məlumatları əldə etmək üçün komanda ilə sıx ünsiyyət bacarığı;
  • işləyəcəyi platformaların (instaqram, quql, feysbuk, linkedin, yutub) idarəetməsi ilə bağlı zəruri biliklərin olması.

Biz təklif edirik:

  • peşəkar marketoloq tərəfindən mentorluq;
  • işin hər mərhələsində təlim və dəstək;
  • peşəkarlıq və karyera inkişafı imkanı;
  • şirkət tərəfindən qarşılanan şəxsi inkişaf kurs və təlimlər;
  • daha təcrübəli komanda rəhbərləri ilə iş və onların peşəkar dəstəyi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin bağlanması, sığorta və sosial müdafiə təminatı.

İş şərtləri:

  • İş saatı:  Həftəlik 40 saat (razılıq əsasında).
  • Ünvan: Bünyad Sərdarov küçəsi 9, 1-ci mərtəbə (Kapital Bankın İçərişəhər filialı ilə üzbəüz).
  • Əməkhaqqı: 500-700 AZN, 2-ci aydan etibarən aylıq KPI üzrə bonus.

Maraqlanan namizədlər mövzu yerində “Sosial media meneceri” yazmaqla öz CV-lərini göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervüyə dəvət olunacaqlar.

Unidream tərəfindən digər vakansiyalar