Partnyorlarla iş üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
  • Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
  • Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
  • Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Cəlbetmə və satış bacarığı;
  • Məsuliyyətlilik, operativlik. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Partnyorlarla iş üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi