Avtoçilingər

  • ATS Food
  • Elanın qoyulma tarixi: 16.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 16 iyun 2023-cü il

Tələblər:

  • Təhsil səviyyəsi: Orta və ya orta-ixtisas təhsilli (Texniki sahə üzrə)
  • İş təcrübəsi: Avtomobil təmiri üzrə çilingər kimi ən azı 3 il iş təcrübəsi 
  • (Yük maşınlarının mexaniki təmiri üzrə iş təcrübəsi)
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Digər: Dəmir-qaynaq işlərini bilməlidir.
  • (Elektrik qaz qaynağı, arqon qaynağı)
  • Yük avtomobili və konteyner təmiri üzrə təcrübəsi olanlara üstünlük veriləcək.

Vəzifədən gözləntilər: 

  • Avtomobildəki nasazlıqları texniki təmir tələbinə uyğun aradan qaldırmaq;
  • Avtomobillərin təmirlərini vaxtında və keyfiyyətli şəkildə icra etmək;
  • Avtomobillərin təmirini zədələnmədən həyata keçirmək;
  • Avtomobillərin vaxtından əvvəl sıradan çıxma səbəblərini araşdırmaq və lazımi tədbirləri həyata keçirmək;
  • Əsasən yük avtomobillərinin kuzalarında dəmir konstruksiya təmirini həyata keçirmək;
  • Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək;
  • Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq;
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək, təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək;
  • Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Texniki biliklər
  • Detallara diqqətlilik
  • Nəqliyyat vasitələrinin mexaniki hissələrinin təmir edilməsi

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 6 gün 
  • Servis: Səhər və axşam 20 Yanvar  və Sumqayıt bazarından təmin edilir 
  • Nahar: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı " Avtoçilingər " qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.