Mühasib

İşin təsviri

İnkişaf üçün Maliyyə MMC, Bank olmayan kredit təşkilatı

MÜHASİB VƏZİFƏSİNƏ İŞÇİ QƏBULU ELAN EDİR.

Tələblər:

• Ali və ya xüsusi iqtisadi təhsil, mühasibat təhsili olanlara üstünlük veriləcəkdir;
• Aidiyyatlı sahədə iş təcrübəsi;
• Mühasibat uçotu üzrə nəzəri bilik və bacarıqlar;
• Vergi qanunverciliyi üzrə biliklər;
• IIS üzrə biliklər;
• Komanda işi və ünsiyyət bacarığı;
• Ofis texnikası ilə tanışlıq və istismar vərdişləri;
• Məsuliyyətlilik və yaxşı planlaşma bacarığı;
• Konkret vəzifələri yerinə yetirmə bacarığı;
• Analitik və ünsiyyət qabiliyyəti;
• Tələb olunarsa, bir neçə istiqamətdə işləmək və konkret müddətdə işi çatdırmaq bacarığı;
• Azərbaycan dilini mükəmməl, ingilis və və/ya rus dillərini yaxşı bilmək;

İşçinin görəcəyi əsas işlər:

• Baş ofisin mühasibat işlərinin aparılması;
• Filialların mühasibat hesabatlarının yoxlanması və konsolidasiyasında Baş mühasibə dəstək verilməsi;
• Vergi bəyənnamələrinin hazırlanmasında iştirak
• DSMF və Statistika hesabatlarının hazırlanması
• Uçot və fayl sisteminin yaradılması, tətbiqi və nəzarəti,
• İş fəaliyyəti zamanı yaranan digər tapşırıqların icrası

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:

Faks:  (994 12) 492 77 63 (dax: 11)

E-poçt: [email protected]


1. Ərizələrin (CV-lərin) qəbulu 21 İYUL 2013-cü il tarixinədək davam edir.
2. Ərizələrdə (CV və ya Resumelərdə) əmək haqqı gösləntisi mütləq qeyd edilməlidir.
3. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Mühasib" yazmağınız xahiş olunur.