Mühəndis-Prorab

  • De-Luxe MTK
  • Elanın qoyulma tarixi: 15.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan təhsil və biliklər:

  • İnşaat sahəsində Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi);
  • Microsoft Office (Excel, Word), AutoCad proqramlarını əla səviyyədə bilməli;
  • Azərbaycan dilini əla səviyyədə bilməli;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, komandada işləmək bacarığı, diqqətli, məsuliyyətli, müstəqil olmalı.

Tələb olunan iş bacarığı:

  • Təyin edilmiş obyektdə ( ərazidə ) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə , istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
  • Tikinti işlərin aparılmasında texnoloji ardıcılığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
  • Materialların, konstruksiaların və məmulatların qəbul olunmasını təşkil etmək və onların anbarda yerləşdirilməsini,qeydə alınması və aparılmasını təşkil etmək
  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək ,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatını keçmək .
  • Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək.
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işinb planlaşdırılması prinbsiplərini bilmək.
  • Tikinti- quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilək və s.

İş rejimi – 6 günlük

Əmək haqqı : 1500-1800.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühəndis-Prorab” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

De-Luxe MTK tərəfindən digər vakansiyalar