SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
  • Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
  • Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
  • İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
  • Təlimat jurnallarının imzalanmasına təmin və nəzarət etmək;
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

  • İş təcrübəsi: SƏTƏM üzrə ən azı 1 il iş təcrübəsi üstünlükdür
  • Təhsil: Ali
  • Yaş həddi: 25-40
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması üstünlükdür;
  • Səhiyyə sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək;
  • MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
  • Şifahi, yazılı ünsiyyət qurmaq bacarığı və stresə davamlılıq;
  • Təqdimat hazırlama və təqdimetmə bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
  • Əmək haqqı razılaşma əsasında veriləcək.

E-mail: [email protected]