Elektrik

  • AzəriMed QSC
  • Elanın qoyulma tarixi: 11.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Elektrik sahəsi üzrə təhsil haqqında sənəd və ya sertifikat;
  • Təcrübə: Elektrik sahəsində iş təcrübəsi;
  • Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və müasir elektrik qurğularının quruluşunu, müasir elektrik materiallarının xüsusiyyətlərini və onlardan istifadə qaydalarını bilməli;
  • Məsulliyyətli, intizamlı və komandada işləmək bacarığı;
  • Ezamiyyətə getmək imkanı olmalı.

Vəzifə öhdəlikləri:

  • Vəzifə funksiyalarını və rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
  • Enerji qurğularının və avadanlıqların enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;
  • Avadanlıqlarla bağlı yaranmış nasazlıqları aradan qaldırmaq;
  • Avadanlıqların texniki baxışını həyata keçirmək.

İş şəraiti:

  • İş qrafiki:Tam iş günü
  • Əmək haqqı:700-900
  • Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Elektrik” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz