Göyçay filialı kredit işçisi

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

Göyçay filialına Göyçay və Ağdaş rayonlarında kredit işini həyata keçirmək üçün

İŞÇİ QƏBULU ELAN EDIR.

Tələblər:

• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:

• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:

• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:

Göyçay rayonu:       
İnkişaf üçün Maliyyə” MMC-nin filialı   

E-poçt: [email protected]

Göyçay şəhəri, Rəsul Rza küçəsi 81    

Faks:  (994 12) 492 77 63 (11) 
(Şahmat məktəbinin yanı)     

Xüsusi Qeydlər:

1. Qadın namizədləri müsabiqədə fəal iştirak etməyə ruhlandırırıq.
2. Ərizələrin (CV-lərin) qəbulu 21 İYUL 2013-cü il tarixinədək davam edir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Göyçay filialı kredit işçisi" yazmağınız xahiş olunur.