Mühasib

  • Darvin Medical
  • Elanın qoyulma tarixi: 08.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Aylıq, rüblük və illik statistika, DSMF, ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına təqdim olunması
  • Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi
  • Əməliyyatların 1C proqramına işlənilməsi
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • Bank və kassa əməliyyatlarının avtorizasiyası
  • Malların anbara mədaxil-məxaric edilməsi

Tələblər:

  • Ali təhsilli
  • 2 il iş təcrübəsi
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər
  • Microsoft Office proqramlarını bilmək
  • 1 C və 8.3 proqramında sərbəst işləmək təcrübəsi.
  • .e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.

İş yeri: Bakı

AR Əmək məcəlləsinə uyğun rəsmiləşmə;

İş qrafiki I-V günlər saat 09:00-dan 18:00-a qədər.

İstirahət günləri- Şənbə - Bazar;

Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müsahibə əsasında müəyyən ediləcək.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində "Mühasib" qeyd etməkləgöndərə bilərlər.

Darvin Medical tərəfindən digər vakansiyalar