Hüquqşünas

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 08.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət orqanları və idarələrində təşkilatın mənafeyini qoruyur və müdafiə edir;
  • Məhkəmə və hüquq mühafizə orqanlarında təşkilatı təmsil edir;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlayır;
  • Mübahisələrin məhkəməyəqədər həllində (mediasiya) iştirak edir;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir;
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət edir və dəstək verir, o cümlədən, icra mərhələsində ərizə və vəsatətlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini həyata keçirir;
  • İddia ərizələri, vəsatətlər, etirazlar, məhkəmə aktlarından şikayətləri hazırlayır;
  • Hüquq mühafizə orqanlarından habelə dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə baxır və onlara qanunvericiliyə uyğun cavablar hazırlayır.

Namizədə dair tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Müvafiq sahədə 3 il korporativ iş təcrübəsi;
  • Vəkillər Kollegiyasının üzvü olan namizədlərə üstünlük veriləcək;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyətləri;
  • MS Office proqramlarında çalışmaq bacarığı;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür.

İş şərtlərimiz:

  • 5 günlük iş qrafiki, 08:30 - 17:30;
  • Əmək haqqı namizədlərlə müsahibə əsasında müəyyən ediləcək. 
  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 

İşəgötürənin reytinqi