İT avadanlıqlar üzrə satış təmsilçisi

İşin təsviri

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.
  • Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
  • İT avadanlıqların, proqram təminatı və xidmətlərin satışı üzrə  minimum 1 il iş təcrübəsi;
  • Kompüter  bacarıqları: MS Office (Excel, Word və Outlook yüksək səviyyədə istifadə bacarığı)
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya, təqdimat və biznes ünsiyyət bacarıqları
  • Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dilləri – işgüzar səviyyədə

Vəzifələr:

  • Tenderlər və daxil olan sorğular üzrə müvafiq yazışmaların aparılması və tərəfdaşlarla uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
  • Tələblərin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
  • Sorğuların hazırlanması və qiymətləndirilməsi
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
  • Şirkətin  kommersiya fəaliyyəti istiqamətində tələbatların ödənilməsi məqsədi ilə mallar (işlər, xidmətlər) üzrə bazar araşdırması aparmaq, malların (işlərin, xidmətlərin) uyğun mənbələrini müəyyən etmək
  • Məhsul seçimində müştəriyə informativ məlumatların verilməsi, çeşidləri təqdim etmək və satış yönümlü addımların atılması
  • Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq, cari sifarişləri və  layihələri nəzarətdə saxlamaq
  • Xidmətlərin və avadanlıqların satışını stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi

İş qrafiki: həftə içi 09:00-18:00, istirahət günləri: şənbə, bazar

Əməkhaqqı: Razılaşma əsasında

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini vakansiyanın adı qeyd olunmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab  verən namizədlər müsahibəyə dəvət olunacaq.

İnnovativ Layihələr Mərkəzi tərəfindən digər vakansiyalar