Logistika Koordinatoru

İşin təsviri

Öhdəliklər:

  • Həftəlik status cədvəlinin hazırlanması və müştərilərə göndərilməsi;
  • Müqavilələrin müzakirəsi, daşınma və daşınma xərcləri, satış kotirovkalarının hazırlanması;
  • Bütün idxal/ixrac göndərişləri üçün sənədlərin yoxlanılması və yığılmasında müvafiq dəstəyin göstərilməsi;
  • Bütün müvafiq sənədlərin faylda saxlanmasını və hər zaman yoxlama üçün mövcud olmasının təmin edilməsi;
  • Təşkilati tələblərə uyğun olaraq logistika prosedurlarına uyğun işləmək;
  • Nəqliyyat və logistika xərclərinə nəzarət etmək, subpodratçılarla daşıma tarifləri və xidmətləri müzakirə etmək;
  • Daşıma növlərinə uyğun olaraq əvvəlcədən xəbərdarlığın qəbulu və təsdiqi;
  • Daşıma prosesisin vaxtın və tələblərə uyğun olaraq icra olunmasının təmin edilməsi;
  • Müştəri və Logistika Mütəxəssisi ilə koordinasiya etmək.
  • Ödəniş üçün təsdiqedici sənədlərin hazırlanmasında dəstəyin göstərilməsi.

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər (müvafiq sahədə)
  • Microsoft Office ilə (Word, Excel, Outlook) işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis, İngilis dili arzuolunandır.
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, logistika və satış və s. əməliyyatların icra edilməsi.
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;

İş rejimi və Qeydlər:

  • İş Günləri: Bazar ertəsi – Cümə (10:00-dan – 19:00-dək);
  • Nahar vaxtı: 13:00-14:00.
  • İstirahət günləri: Şənbə - Bazar
  • İş yeri:  Bakı Şəh., J.Jabbarli 44, Caspian Plaza, AZ1065, Baku, Azerbaijan
  • Əmək haqqı namizədə uyğun olaraq dəyişə bilər (Bonuslar mövcuddur).

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Logi̇sti̇ka koordi̇natoru” qeyd etməklə göndərə bilərlər.