Brend saatların satışı mağazasının Direktoru

İşin təsviri

İş barədə məlumat:

  • Brend saat mağazasında işin təşkili və idarə olunması
  • Əmək haqqı – 3000 azn (+satışdan bonuslar)

Namizədə tələblər:

  • Bu sahədə iş təcrübəsi və biliklər.
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək
  • Müştərilərlə işləmək bacarığı
  • Təşkilati iş təcrübəsi, ünsiyyət bacarığı və tabeliyində olan işçilərlə işləmək bacarığı
  • Xarici tərəfdaşlarla danışıqlarda təcrübə
  • Lüks mallarla işləmək bacarığı
  • Satış üslubunda və texnikasında peşəkarlıq
  • Yüksək təqdimat bacarığı
  • Satışların təhlili, satışın artırılması üçün təkliflərin hazırlanması
  • Yeni partnyorların (brendlərin) cəlb edilməsi üzrə bacarıq və təcrübə
  • Azərbaycan Respublikasının Vergi qanunvericiliyini və normativ hüquqi sənədlərini bilməli
  • Müqavilələrlə bağlı təcrübə və onların hüquqi anlayışı
  • Sərgilərə xaricə səyahət etmək və mal seçmək istəyi

CV müsabiqə iştirakçısının şəxsi e-poçt ünvanından göndərilməlidir. Təqdim edilmiş CV-də müəyyən edilmiş hər hansı uyğunsuzluq musabiqədə iştirakı üçün bu namizəddən imtina səbəbi olacaqdır.

Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur.

Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edin və Azərbaycan və ya rus dilində tərtib edin.