Satış Təmsilçisi

  • Instyle.az
  • Elanın qoyulma tarixi: 27.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sayt üzərindən və sosial səhifələrdən daxil olan sifarişləri qeydə almaq;
  • Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
  • Müştəri sifarişlərinin əsas anbardan yoxlanılaraq təhvil alınması;
  • Müştəriləri gülərüzlə salamlamaq, hər bir müştəriyə məhsul təhvili proseduruna uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
  • Sifarişlərin vaxtında, təhlükəsiz və səliqəli şəkildə müştərilərə çatdırılmasını təmin etmək;
  • Çatdırılma zamanı müştərilərin suallarını və rəylərini cavablamaq;
  • Müştərilərlə münasibətdə şirkətin imicinə uyğun olaraq öz vəzifələrini peşəkarcasına və nəzakətlə yerinə yetirmək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, müştəri loyallığını qorumaq;
  • Sifarişlərin çatdırılması nəticəsində yaranan bütün nağd əməliyyatlara görə cavabdeh olmaq;
  • Məlumatların daxil edilməsi və müştəri müraciətlərinin cavablandırılması;
  • Onlayn Satış üzrə müvafiq hesabatların hazırlanması (Çatdırılmış sifarişlərin sayı, detalları, müştərilərin istəkləri və rəyləri haqqında məlumatlar);

Namizədə tələblər:

  • Yüksək iş etikası
  • Effektiv kommunikasiya bacarığı
  • Azərbaycan dili və rus dili sərbəst, ingilis dili üstünlükdür
  • Satış/müştəri xidmətləri sahəsində minimum 2 il təcrübə
  • Yaş həddi: 20-35 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılır
  • Əmək haqqı: 600 AZN + Bonus
  • İş rejimi: Bazar Ertəsi – Şənbə
  • Çatdırılmaları həyata keçirmək üçün şirkət hesabına taksi təmin olunacaqdır

Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Satış təmsilçisi” qeyd edərək  [email protected]   email ünvanına yollaya bilərlər 

Müraciət üçün son tarix: 20.05.2023