HR Intern

  • GESCO ASC
  • Elanın qoyulma tarixi: 27.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil müəssisələrinin 3 və ya 4-cü kurs tələbələri, magistr tələbələri və 2022-2023-cü il məzunları;
  • Yüksək səviyyədə azərbaycan dili biliyi (rus və ingilis dili biliyi isə üstünlükdür);
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Yüksək analitik düşünmə bacarığı;
  • Səlis özünüifadə bacarığı;
  • Fərdi və komanda ilə işləmək bacarığı;
  • Öyrənməyə və inkişafa yüksək həvəs, təşəbbüskarlıq

İş qrafiki:

  • Bazar ertəsi-cümə 09:00-18:00;
  • Nahar fasiləsi 13:00-14:00;
  • Şənbə və bazar istirahət günləridir

Sizə nə vəd edirik?

  • Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Real iş mühitində təcrübə və tapşırıqlar əsasında praktik vərdişlər əldə etmə imkanı;
  • Şəxsi karyera inkişafında menecerin birbaşa dəstəyi;
  • “GESCO” ASC peşəkar kollektivinin bir üzvü olma şansı;
  • Təcrübə proqramını başa vuran şəxslərin proqramda iştirakla bağlı sertifikatla təmin olunması.

Aşağıda qeyd olunan linkə keçid edərək, müraciətinizi təsdiqləyə bilərsiniz. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün son tarix 31.05.2023-cü il tarixidir.