İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Xahici və yerli şirkətlər ilə bağlanan/yenilənən müqavilələrin hüquqi cəhətdən incələnməsi və təsdiqlənməsi;
 
	- Müqavilə formalarının hazırlanmasında iştirak etmək;
 
	- Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olan sorğuları cavablandırmaq;
 
	- Şirkət daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
 
	- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
 
	- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada cavablandırmaq; 
 
	- Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
 
	- Beynəlxalq müqavilələrin və sazişlərin hüquqi cəhətdən incələmək və rəy vermək; 
 
	- Qanunvericiliydə edilmiş dəyişiklikləri/əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
 
Tələblər:
	- Hüquq sahəsində ali təhsil;
 
	- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
 
	- Azərbaycan Respublikasının Qanunvericiliyinə dair mükəmməl biliklər;
 
	- Azərbaycan və İngilis dili biliyi mütləqdir Rus dili biliyi arzuolunandır;
 
	- MS Office proqramlarında işləmək bacarığı; 
 
 İş şərtləri:
	- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək və ya yarım ştat
 
	- Şirkət tərəfindən nahar və əlavə endirim bonusları təqdim olunur
 
	- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.
 
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hüquqşünas” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur.
Email:  [email protected]