Daxili turizmin təşkili üzrə mütəxəssis

  • Summer Tour
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcüd olan xarici partnyor şirkətlərlə daimə əlaqə saxlamaq, onların istək və sorğularını cavablandırmaq
  • Rezervasiyaları şirkətin daxili rezervasiya sisteminə daxil etmək, nəzarət etmək və onları təhlil etmək
  • Bütün tur ilə bağlı müraciətləri operativ hesablamaq və təhlil etmək (vizanın alınması, transfer və bələdçi xidmətlərinin şifarişi, otellərin bronlaşdırılması və s.)
  • Turizm məhsulunu yaratmaq və cari məhsulu yeniləmək
  • Məhsulu təbliğ etmək və satışını həyata keçirmək
  • Hesabatları vaxtlı-vaxtında mühasıbatlığa təhvil vermək
  • Daxili turizm proqramlarının hazırlanması və inkişafı məqsədilə reklam kompaniyaları, təqdimatlar, işgüzar danışıqlar, görüşlər və s. planlaşdırmaq və onlarda iştirak etmək
  • Müştərilərə məlumatın çatdırılması qaydasını müəyyən etmək, vaxtında məlumatın müştərilərə çatdırılmasını təmin etmək
  • Daxili turizm xidmətlərinin keyfiyyətli həyata keçirilməsi
  • Sifarişləri qəbul etmək
  • Elektron sorğuları vaxtında cavablandırmaq
  • Otelləri bronlaşdırmaq
  • Elekron turistik viza dəstəyi hazırlamaq
  • Hava limanı – otel transferlərinin sifariş etmək
  • Tur paketlər yaratmaq

Tələblər:

  • Turizm sahəsində 2 il peşəkar təcrübə
  • Bakalavr təhsil dərəcəsi
  • Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı
  • Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı
  • İnternetdən aktiv istifadə etmək və sürətli axtarış

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş saatı 10:00-19:00
  • Ünvan: AF Mall 2-ci mərtəbə

Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 10.05.2023-cü il tarixinə qədər göndərmələri xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]