Kommersiya Direktoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kommersiya planı yaratmaq üçün bazar araşdırmasının və təhlilin aparılması;
  • İnkişafın sürətləndirilməsi üçün şirkətin məqsədlərinə uyğun olaraq kommersiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Marketinq, satış və müştəri xidmətləri kimi müxtəlif şöbələrlə iş birliyinin təşkil edilməsi;
  • Maliyyə hədəflərinin müəyyən edilməsi, xərclər və büdcənin hazırlanmasının monitorinqinin həyata keçirilməsi;
  • Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • KPI-lərdən istifadə edərək kommersiya göstəricilərinin izlənilməsi, ölçülüb təhlil edilməsi;
  • Əsas məlumat bazasından istifadə edərək kommersiya fəaliyyətinin icrasına nəzarət edilməsi və üst rəhbərlik üçün hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
  • Kommersiya direktoru və ya bənzər sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Satış, marketinq və ya müştərilərlə əlaqələrin idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
  • Performans hesabatı və maliyyə/büdcələmə prosesləri haqqında biliklər;
  • Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
  • Məsuliyyətlilik, analitik və sisitematik düşüncə tərzi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İşəgötürənin reytinqi