İnzibati işlər üzrə mütəxəssis

  • PMD Hospitality
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ünvan: Port Baku Towers

Vəzifə öhdəlikləri:

  • Müəssisəyə daxil olan zənglərin qəbul edilməsi və müvafiq əməkdaşlara yönləndirilməsi;
  • Giriş kartların və vizit kartların sifarişi, yenilənməsi;
  • iScala sistemində sifarişlər üçün müraciətlərin yaradılması;
  • Ofis ləvazimatlarının, su ehtiyaclarının və sorğulara əsasən digər sifarişləri təşkil etmək;
  • Daxili və xarici sənədlərin qəbulu, emal edilməsi, qeydiyyatı və aidiyyəti üzrə təhvil verilməsi (göndərilməsi);
  • Müəssisə üzrə müxtəlif tədbirlərin təşkil olunmasında dəstək olmaq;
  • Daxili və xarici ezamiyyələr zamanı hotel rezervasiyalarının, aviabiletlərinin alışlarının və digər aidiyyəti məsələlərin təşkil olunması.
  • Hüquqi sənədlərin reyestrə işlənilməsi, skan edilməsi, nüsxələrin yaradılması, qovluğa yerləşdirilməsi;
  • Hüquqi sənədlərin razılaşdırma vərəqlərinin hazırlanması, sənədlərin tikilmə və qaytanlanmasını təmin etmək;
  • Yaradılmış elektron reyestrinin idarə olunması, reyestr məlumatlarının yenilənməsini təmin etmək.
  • Vəzifə öhdəlikləri ilə bağlı rəhbərin digər tapşırıq və göstərişlərini icra etmək. 

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnzibati işlər və kargüzarlıq sahəsində 1-3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan və rus dili – sərbəst;
  • İngilis dili  –yaxşı səviyyədə;
  • Ünsiyyət bacarıqları
  • Planlama
  • Təşkilatçılıq
  • Məsuliyyət
  • Çoxşaxəli iş görmək

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.