Mağaza meneceri (Homme)

İşin təsviri

Sinteks Şirkətlər qrupuna (Ayma Alyans) hal hazırda Mağaza meneceri (Homme) tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir
  • Satışlara uyğun olaraq əlavə məhsul sifariş siyahısını hazırlayır və sifariş verir.
  • Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir
  • Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir
  • İşçilərin xarici görünüşünün (uniforma, saç, makiyaj, səliqə) qaydasında olmasını təşkil edir
  • Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir
  • Mağazanın iş qrafiki ilə işləməsini təmin edir
  • Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
  • Mağazada təmizlik işlərinə nəzarət edir.
  • Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir
  • Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
  • Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir
  • Siqnalizasiya sistemi işə düşəndə aidiyyəti şəxslərin məlumatlandırılması və lazımi tədbirlərin görülməsi.

Əsas tələblər: 

Təhsil:

  • Orta təhsil (Ali təhsil arzuolunandır)

Təcrübə:

  • Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4-5 il 
  • İş təcrübəsi İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi

Professional Biliklər:

  • Satışın təşkili 
  • MS Office Proqramları

 Professional Bacarıqlar və Kompetensiyalar: 

  • İdarəetmə bacarıqları
  • Liderlik
  • Təşkilatçılıq
  • Ünsiyyət bacarıqları
  • Vaxtın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (050) 235-35-73

İşəgötürənin reytinqi