Əməliyyatlar şöbəsinin mütəxəssisi

  • Unicapital
  • Elanın qoyulma tarixi: 17.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Zəruri hallarda müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
  • Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
  • Aparılan əməliyyatların (hesabların açılaması, hesablaşmalar, müştəri tapşırıqlarının icrası, dilinq və s.) daxili uçot sistemində qeydiyyata alınmasının təmin etmək, təmin edilməsini təşkil etmək və nəzarət etmək;
  • Əməliyyat sənədlərinin saxlanılmasının təmin edilməsi;
  • Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlanılması;
  • Göstərilən xidmətlər üzrə açılan bütün hesabların monitorinqi;
  • Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə o cümlədən, nəzarət orqanı ilə kommunikasiyanın təşkili və aparılması;
  • Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
  • Müxtəlif işçi qruplarının tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
  • İşin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
  • Müvafiq əməliyyat sistemlərində və platformalarda hesabların açılması;
  • Depozitar sistemində qiymətli kağızlarla əməliyyatların icrası;
  • Əməliyyat sənədlərinin daxili prosedurlara müvafiq olaraq saxlanılması;
  • Müştəri hesabatlarının hazırlanması və təqdim edilməsi;

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il;
  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Korporativ davranış normalarını bilmək;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis və Rus dilləri üzrə bilik üstünlükdür;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı
  • Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;
  • Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
  • MS Office (Excel/Word/Powerpoint və digər) yaxşı səviyyədə bilmək;

Son müraciət tarixi: 5 may.

Email: [email protected]