Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin maliyyə, idarəetmə və vergi uçotunun, habelə hesabatlılıq işlərinin qanunvericliyə və daxili siyasət və qaydalara uyğun aparılmasına nəzarət etmək;
  • Şirkətin fəaliyyəti üzrə aidiyyatı dövlət orqanlarına maliyyə hesabatlarının və uçot ilə bağlı digər hesabatların keyfiyyətli hazırlanmasına və vaxtında təqdim olunmasına nəzarət etmək;
  • Gündəlik kassa və bank əməliyyatlarına nəzarət etmək;
  • Göstərilmiş və göstəriləcək xidmətlər üzrə hesab-fakturaların qanunvericiliyə uyğun və vaxtında təqdim olunmasına, debitorların yığılmasına nəzarət etmək və onların vəziyyəti barədə vaxtlı-vaxtında Şirkətin Direktorunu məlumatlandırmaq;
  • Kreditor borclarının vaxtında və düzgün ödənilməsinə nəzarət etmək;
  • Təh-təl hesablar üzrə hesabatların vaxtında və düzgün verilməsinə nəzarət etmək;
  • Şirkətin Maliyyə direktorunu tələb olunan maliyyə hesabatları ilə təmin etmək;
  • Şirkətin Direktorunun maliyyə menecmenti, uçot və hesabatlılıq sahəsində ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqları yerinə yetirməsi
  • Əməkhaqqı 800 manatdan başlayaraq (müsahibə əsasında müəyyənləşdiriləcək
  • İş qrafiki: 6 günlük, saat 08:00-dan - 17:00-dək
  • Ünvan: Ceyranbatan qəsəbəsi (Bakı -Quba yolu 1 km)

Namizədə tələblər:

  • Ali təhsilli (İqtisadiyyat,Maliyyə)
  • 1 ildən 3 ilə qədər iş təcrübəsi
  • 25-40 yaş
  • Azərbaycan dili səlis, rus dili arzuolandır
  • Məsuliyyətli, dəqiq, analitik düşüncəli
  • Komandada işləmək bacarığı

Ünvan: Ceyranbatan qəsəbəsi (Bakı -Quba yolu 1 km)

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Mühasib" vakansiyanın adını göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Email:    [email protected]

 

Blue Fire İnternational tərəfindən digər vakansiyalar