1C satış operatoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mal satandan malın olub-olmadığını və qiymətini araşdırmaq, sistemə daxil etmək
  • İdxal olunan malların maya dəyərini hesablamaq və sistemə daxil etmək
  • Fakturaların qeydiyyatı
  • Satış sənədlərində məlumatların düzgünlüyünü yoxlamaq
  • Yeni müştəriləri sistemə əlavə etmək
  • Malların hərəkəti barədə sənədlərdəki məlumatların düzəldilməsi
  • Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması
  • İlkin mühasibat sənədlərinin hazırlanması
  • Məlumatların verilənlər bazasına daxil edilməsi
  • Satış nümayəndələrinə hesabatların çap edilməsi və verilməsi
  • Üzləşmə aktlarının hazırlanması
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması

Namizədə tələblər:

  • Müvafiq sahədə təcrübə: 1 il
  • Təhsil: Ali təhsil (Maliyyə və İqtisadiyyat)
  • Dil bilikləri: Azərbaycan, Rus dili
  • 1C 8.3  proqramında iş təcrübəsi
  • Etibarlı istifadəsi: Microsoft Excel, Word
  • Əzmkarlıq, stresə davamlı və komandada işləmə bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi
  • Rərbərliyin və mühasibin tapşırıqlarını vaxtında yerinə yetirmək

İş şərtləri:

  • 5 günlük iş həftəsi
  • İş saatı 9:00 –dan 18:00 -dək
  • İstirahət: Şənbə və bazar günləri
  •  Əmək haqqı : Namizədin biliyinə və təcrübəsinə əsasən  müsahibə zamanı müəyyənləşəcək.
  •  İş yeri: Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi (Servis var).

Zəhmət olmasa, CV-nizi e-poçt mövzu sətrində "1C Satış operatoru“ yazaraq [email protected] e-mail ünvanına göndərin.

Blue Fire İnternational tərəfindən digər vakansiyalar