İşin təsviri
Tələblər:
- Ali təhsilli (texnoloji avadanlıqların layihələndirilməsi, istismarı və təmiri) ;
- Yaş həddi 40-50
- Dil bilikləri: Azərbaycan , rus - mükəmməl səviyyədə
- Bu vəzifədə plastik emalı zavodlarında istehsal meneceri, növbə ustası, texnoloq kimi 5 il iş təcrübəsi , ekstruziya, inyeksiya üsulları üzrə biliklər.
- Texnoloji avadanlıqların istismarının təşkili üzrə təcrübə.
- Komandanın idarə edilməsi və istehsal prosesinin təşkili üzrə təcrübə;
- Ekstruziya üsulu ilə məhsulların istehsalı texnologiyası üçün ümumi anlayışlar;
- Hesabat sənədlərinin tərtibi və istehsal planlarının hazırlanması bacarıqları;
- MS Office,
- Komandada işləmə bacarığı olmalı;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan namizədlər;
Vəzifə öhdəlikləri:
- Fəaliyyət göstərən istehsalın idarə edilməsi;
- İstehsal planına və təchizat müqavilələrinə uyğun olaraq məhsulların ritmik buraxılışının təmin edilməsi ;
- İstehsal olunan məhsulların gedişinə nəzarətin təşkili;
- Texniki sənədlər, avadanlıq, alətlər, materiallar, komponentlər, nəqliyyat, daşıma avadanlıqları və s. ilə istehsalın təminatının təşkili, habelə istehsalın yeni çeşidin buraxılmasına hazırlanması ;
- Operativ planlaşdırmanın, cari istehsal uçotunun təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasının təşkili ;
- Gücün, avadanlıq və istehsal sahələrindən daha tam və vahid istifadə imkanlarını müəyyən etmək məqsədilə istehsal fəaliyyətinin nəticələrinin təhlili
- İstehsal hesabatı baxımından İdarəetmə Şirkəti ilə qarşılıqlı əlaqə.
İş qrafiki: həftənin 5 günü, iş saatı 09:00-18:00
Əmək haqqı – 2200azn
Ünvan: Hacıqabul rayonu, Atbulaq sənaye Məhəlləsi.