Anbardar (1C Operator)

İşin təsviri

Əsas Öhdəliklər:

  • Anbarda olan materialların və inventarların miqdarının 1C hesabat üzrə qalıqla faktiki qalığın dəqiqliyini daim nəzarətdə saxlamaq
  • Mütəmadi mal qəbulunun dərhal, dəqiq və düzgün şəkildə təmin edilməsi və mal/məhsulların mağazalara göndərilməsini təmin etmək
  • Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək
  • Müntəzəm olaraq şirkət üçün zəruri olan ərzaq, dəftərxana və təsərrüfat mallarının alınmasnda iştirak etmək
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
  • Dükanlar tərəfindən göndərilən mal/məhsul sifarişlərini operativ və düzgün şəkildə icra etmək
  • Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək

Tələblər və bacarıqlar:

  • Cins : Kişi
  • Yaş: 25-35
  • Qeyd olunmuş sahədə ən azı 2 il təcrübə
  • Kompyuter bilikləri: MS Office (Excel, Word)
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı mütləqdir
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti
  • Aktiv, məsuliyyətli və diqqətli olmalı
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
  • İş vaxtı: 1-6 günlər (09:00-18:00)
  • Rəsmi qeydiyyat

Əmək haqqı: 800-1000 AZN 

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu sətrində “Anbardar” qeyd etməklə e-mail ünvanına CV göndərmələri tələb olunur.

Email: [email protected] 

El-Group Company LLC tərəfindən digər vakansiyalar