İdman müəllimi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 09.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Orta və ya ali təhsili olmalı.
  • Komandada işləmə bacarığı olmalıdır. 
  • İdman və Sağlamlıq Mərkəzi sahəsində hər zaman diqqətli, məsuliyyətli və operativ olmağı bacarmalıdır. 
  • Müştərilər ilə daima xoş ünsiyyətdə olmağı bacarmalıdır. 
  • Bir çox işi prioritetləşdirmək və idarə etmək bacarığı olmalıdır. 
  • Məsuliyyətli və intizamlı olmalıdır.

İş haqqında məlumat:

  • Xidmət etdiyi fitnes mərkəzinin daxili fəaliyyətinə nəzarət etməlidir. 
  • Fiziki tərbiyənin tədrisi, dərs proqramını hazırlamaq; 
  • Qrup və individual məşqlərin keçirilməsi; 
  • Gələn müştərilərə salondakı idman avadanlıqlarından necə istifadə etmələri barədə məlumat vermək, 
  •  İnsanların hansı bədən quruluşuna sahib olmaq istədiklərini araşdırmaq üçün, arıqlamaq istəyənlərə uyğun sağlam idman proqramı hazırlamaq; 
  • Əzələ inkişaf etdirmək istəyənlərə uyğun idman proqramı hazırlamaq;
  • Müştərilərə xəsarət almamaq üçün nələrə diqqət edilməli kimi bir çox suallar barədə məlumat vermək; 
  • İştirakçıların fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici mühit yaratmaq; 
  • İdman, istirahət fəaliyyəti və idman vasitələrinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarını iştirakçılara izah etmək; 
  • İdman salonunun təmizliyini, sağlamlığını və təhlükəsiz olmağını təmin etmək; 
  • Məşqlər və ya dərslər zamanı fərqli fitnes və bacarıq səviyyələri üçün alternativ məşqlər planı hazırlamaq; 
  • İştirakçıların düzgün üsullardan istifadə etdiklərinə əmin olmaq və məşqləri izləmək; 
  • İdman zalında yerləşən avadanlıqların daima işlək vəziyyətdə olmasına nəzarət etmək; 
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; 
  • Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

İş Yeri: “Xəyal Adası”MMC  

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində “İdman müəllimi” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi